Accessibility links

Mahmud Abbas Ehud Olmertlə görüşəcək


Fələstin prezidenti Mahmud Abbas gələn həftə İsrailin baş naziri Ehud Olmertlə görüşəcəyini deyib. ABŞ-ın dəstəklədiyi dialoq çərçivəsində iyunun 7-də keçiriləcək görüşün yeri açıqlanmır.

İsrail və Fələstin liderləri Mart ayında hər iki həftədən bir görüşmək haqda razılığa gəlmişdilər.

Bu arada cənab Olmert Qəzza zolağının sakinlərinə yaxın günlərdə müraciət edəcəyini deyib. O, yerli sakinlərə İsrailin cənubuna raket hücumları həyata keçirən bir qrup fanatikin qurbanına çevrildiklərini deməyə hazırlaşır. İsrail bir həftədir ki, yaraqlılara qarşı hava hücumları həyata keçirir.

Bu gün Qəzza zolağında İsrail qoşunlarının reydi zamanı iki fələstin yaraqlısı öldürülüb. Azı ikisinin İslami Cihad yaraqlısı olduğu ehtimal edilən üç fələstinli isə Qəzza zolağında partlayıcının təsadüfən işə düşməsi nəticəsində həlak olub.

XS
SM
MD
LG