Accessibility links

İranda nəzarət altına alınan amerikalılara qarşı ittiham irəli sürülüb


İranın Ədliyyə Nazirliyinin bildirdiyinə görə, nəzarət altında olan amerikalı iranlılar Hale İsfəndiyari, Kian Tacbəxş və jurnalist Pərnaz Əzimaya qarşı rəsmən milli təhlükəsizliyə hədə və casusluq ittihamları irəli sürülüb. Nazirliyin sözçüsü Əli Reza Cəmşidi həmin bu ittihamların Kəşfiyyat Nazirliyi tərəfindən irəli sürüldüyünü deyib. Məhkəmə prosesinin nə zaman başlayacağı barədə məlumat verilməyib. Xatırladaq ki, Hale İsfəndiyari Vaşintonda yerləşən Vudru Uilson mərkəzinin Yaxın Şərq proqramının direktorudur. O, may ayının 8-dən etibarən Tehranın Evin həbsxanasında saxlanılır. Tacbəşx Nyu-Yokrda yerləşən Açıq Cəmiyyət institutunun məsləhətçisidir. Əzima isə Radio Fərdanın müxbiridir. ABŞ-ın Dövlət Departamentinin sözçüsü Tom Keysi Amerikaya bu ittihamlarla bağlı rəsmi bildiriş verilmədiyini deyib. O, Birləşmiş Ştatların 3 amerikalının tez bir zamanda azadlığa buraxılacağına inandığını bildirib.

XS
SM
MD
LG