Accessibility links

Rusiya yeni mərmi sınaqları keçirib


Rusiya xəbər verir ki, o, müvəffəqiyyətlə müxtəlif hədəfləri eyni zamanda vuran interkontinental ballistik mərmiləri sınaqdan keçirib. RS-24 adlanan mərmi bu gün Arxangelsk vilayətində yerləşən Plestek fəza mərkəzində sınaqdan keçirilib. Müdafiə Nazirliyi rəsmiləri deyirlər ki, mərmi Rusiyanın uzaq şərqindəki Kamçatkada hədəfini vura bilib. Rusiya rəsmilərinin dediyinə görə yeni mərmi köhnə nəsil RS-18 və RS-20 mərmilərini əvəzləyəcək. Bir neçə başlığı olan mərmiləri atıldıqdan sonra qəbul etmək və havada dağıtmaq çətindir.
XS
SM
MD
LG