Accessibility links

Sindi Şihan anti-müharibə hərəkatını tərk edir


İraqda əsgər övladını itirmiş anti-müharibə fəalı Sindi Şihan deyir ki, bundan sonra o, sülh hərəkatının simvolu olmayacaq. Özünün istefa ərizəsi kimi təqdim etdiyi məktubda Şihan yazıb ki, 2 illik mübarizədən sonra o, fiziki, emosional və maliyyə baxımından bütün imkanlarını tükədib. Şihan 2005-ci ilin Avqustunda Prezident Buşun Texasdakı rançosu qarşısında çadır qurmaqla kiçik sülh hərəkatına start verdi. Həmin etiraz aksiyaları bütün Amerika xalqının diqqətini cəlb etdi. Şihan indi deyir ki, o, Kaliforniyadakı yurduna qayıdaraq sağ qalan uşaqlarına analıq etmək niyyətindədir.
XS
SM
MD
LG