Accessibility links

Ukrayna parlamenti yeni seçki qanununu müzakirə edir


Ukrayna qanunvericiləri erkən seçkilər üçün büdcə və seçki qanunvericiliyində dəyişiklikləri müzakirə etmək üçün parlament sessiyasını başlayıblar.

Toplantı bazar günü prezident Viktor Yuşşenko və onun rəqibi baş nazir Viktor Yanukoviçin sentyabrın 30-da yeni parlament seçkiləri keçirmək barədə razılığa gəlməsindən sonraya təsadüf edir.

Bu gün cənab Yuşşenko özünün aprel ayında verdiyi parlamentin buraxılması barədə fərmanın qüvvəsini dayandıraraq deputatlara yeni qanunları qəbul etmək üçün 2 gün vaxt verib.

XS
SM
MD
LG