Accessibility links

Prezident Buş Dünya Bankının prezidenti vəzifəsinə Robert Zelikin namizədliyini irəli sürüb


Prezident Buş ABŞ-ın Ticarət nümayəndəsi və Dövlət katibinin müavini olmuş Robert Zeliki Dünya Bankının yeni prezidenti vəzifəsinə nominasiya edib. Bunu bu gün Ağ evdə elan edən ABŞ prezidenti deyib ki, sabiq ticarət nümayəndəsi və Dövlət katibinin yardımçısı bu vəzifə üçün böyük təcrübəyə malikdir. Zelikin qadın yoldaşının maaşının atırılması və vəzifədə yüksəldilməsilə bağlı qalmaqala görə Dünya Bankının prezidenti vəsifəzindən istefa vermiş Pol Volfovitsi bu vəzifədə əvəz edəcəyi gözlənilir.

53 yaşlı Robert Zelik nominasiyanı qəbul edərək deyib ii, Dünya Bankı dünya ölkələrində yoxsulluq səviyyəsiin azaldılması və inkşaf etməkdə olan ölkələrə ümid verilməsində həyat əhəmiyyətli rol oynayır.

Robert Zelik Nyu Yorkda özəl maliyyə şirkətinin yüksək səviyyəli icraedici direktorudur. Ənənəyə görə Amerika Birləşmiş Ştatları Vaişnqtonda yerləşən Dünya Bankının prezidentini, avropalılarsa daha bir maliyyə qurumu olan Beynəlxalq Valyuta fondunun rəhbərini seçir.

XS
SM
MD
LG