Accessibility links

Dövlət Departamenti İranda dörd amerikalı iranlının həbsdə olduğunu təsdiq edib


Dövlət Departamentinin sözçüsü Tom Keysi deyib ki, biznesmen və sülh fəalı Əli Şakəri Tehranın Evin həbsxanasında saxlanılır. İranlı alimlər Halə İsfəndiyari və Kiyan Tacbəxş də casusluq ittihamları ilə həbsxanadadırlar. Daha bir amerikalı iranlı Pərnaz Azimaya qarşı da casusluq ittihamı irəli sürülüb və ona İranı tərk etmək qadağan edilib. Hələlik Əli Şakəriyə qarşı rəsmi ittihamların sürülüb-sürülmədiyi aydın deyil. Lakin Birləşmiş Ştatlar bildirir ki, İranın onların hər birini casusluqda ittiham etməsi cəfəngiyyatdır.

ABŞ rəsmiləri dəfələrlə qeyd ediblər ki, onların Amerikaya qayıtmalarına imkan verilməlidir. Bu arada, Beynəlxalq İnsan Haqları Qrupları və Nobel mükafatı laureatı Şirin İbadi İranı həbs olunmuş iranlı amerikalıları azad etməyə, Azimanın və fransalı iranlı jurnalist Mehrnuş Sulukinin səfər etmələrinə qoyulmuş qadağanı götürməyə çağırıblar.

XS
SM
MD
LG