Accessibility links

Nyu Yorkun Kennedi aeroportunda terror cəhdinin qarşısı alınıb


Nyu York şəhərinin rəsmiləri Kennedi aeroportunda terror planlaşdırdıqları şübhəsi ilə üç nəfərin həbs olunduğu, dördüncünün axtarışda olduğunu deyib. Rəsmilər şübhəlilərin aeroportu təmin edən yanacaq xəttini partlatmağı planlaşdırdıqlarını deyir.

Şübhəlilərdən azı birinin keçmiş aeroport işçisi olduğu bildirilir. Federal hökumət rəsmiləri bu günün sonunda məsələ ilə bağlı daha ətraflı aşçıqlama verəcəklərini bildiriblər. Mənbələrin bildirdiyinə görə, terror qəsdi planlaşdırma mərhələsindən o yana keçməyib və təyyarələr, yaxud sərnişin terminalları ilə əlaqəli olmayıb.

XS
SM
MD
LG