Accessibility links

Avropa Birliyi Türkiyəni islahatları davam etdirməyə çağırıb


Avropa Birliyi gələn ayın parlament seçkilərindən sonra Türkiyəni demokratik islahatları davam etdirməyə çağırıb. Birliyin Genişlənmə kommisioneri Olli Rehn Ankarada Türkiyə rəsmilərilə görüşdən sonra müxbirlərlə danışıb. O, deyib ki, iyulun 22-də keçiriləcək səsvermədən sonra hakimiyyətə gələcək qüvvə ölkəni Avropa standardlarına yaxınlaşdırmalıdır.

Türkiyə Avropa Birliyi rəsmiləri ilə üzvlük danışıqlarına 2005-ci ilin oktyabrında başlayıb. Lakin Ankaranın öz limanlarını birlik üzvü olan Yunan Kiprinə açmaqdan imtina etməsi danışıqların təxirə salınmasına səbəb olub. Ankara bəyan edib ki, Birlik Kipr türklərinin izolyasiyasına son qoymayınca qadağanı aradan götürməyəcək. Ticarət sahəsindəki fikir ayrılıqlarına baxmayaraq, Birlik Türkiyə ilə iyulun 1-dən başlayaraq 3 sahədə əməkdaşlığı müzakirə edəcək.

XS
SM
MD
LG