Accessibility links

Azərbaycan İnternetin süzgəcdən keçirildiyi ölkələr siyahısında


Beynəlxalq Amnistiya təşkilatı onlayn azadlığın məhdudlaşdırılmasına qarşı tədbirlər görülməsə, İnterneti dramatik dəyişiklər gözlədiyini bildirib. İnterneti məhdudlaşdıran 25 ölkə arasında Azərbaycanın da adı çəkilib.

Beynəlxalq Amnistiyanın Böyük Britaniya üzrə kampaniya direktoru Tim Henkokun sözlərinə görə, İnternet repressiyası virusu yayılmaqdadır. O, İnternetin iqtisadi inkişaf üçün vasitə olduğu, lakin azad sözün məhdudlaşdırıldığı Çini misal gətirib.

Hənkok bir çox hökumətlərin Çindəki həmkarlarının yolu ilə gedərək, internet bloqçularını həbs etdiyini və veb səhifələri blok etdiyini bildirib. O, həmçinin bir sıra İnternet şirkətlərini hökumətlərin şəbəkəyə çıxarılan məlumata nəzarət həvəsindən yararlanmaqda günahlandırıb. Amnesty Cisco, Google, Microsoft və Yahoo kimi şirkətlərin filtr proqramları buraxdığını və internet həbslərə imkan yaradan informasiyanı açıqladığını deyib.

Beynəlxalq Amnistiyanın sözçüsü Stiv Ballinger Amerikanın səsinə deyib ki, şirkətlər qazancı öz istifadəçilərinin insan hüquqlarından üstün tuturlar: “Şirkətlər yerli qanunları bəhanə edirlər. Beynəlxalq amnistiya isə deyir ki, şirkətlər beynəlxalq insan hüquqları standartlarına uyğun işləməlidirlər və misal üçün Çin kimi bir ölkənin qanunları onlardan insan hüquqlarına zidd hərəkət etməyi tələb edirsə, onlar bu tələblərə sözsüz tabe olmamalıdırlar”

Beynəlxalq Amnistiya dünyada internetin süzgəcdən keçirilməsi hallarının artdığını bidlirir. Təşkilat bəzi hökumətlərin bəzi saytlara və ya tərkibində bəzi sözlər olan saytlara girişi məhdudlaşdırdığını bidlirir.

Azərbaycan, Bəhreyn, Birma, Efiopiya, Hindistan, İran, Mərakeş, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Tailand və Tunis kimi ölkələr internetin süzgəcdən keçirildiyi 25 ölkə arasında sadalanıb.

Azərbaycanda internetin süzgəcdən keçirildiyi barədə fikirlər bu yaxınlarda Londonda Açıq Şəbəkə Təşəbbüsü təşkilatı tərəfindən keçirilən forumda da səsləndirilib. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Qunduzov müəyyən problemlərin olmasına baxmayaraq, Azərbaycanın İran, Çin kimi internet düşməni sayılan ölkələr arasında yer almasını ədalətli saymır.

Beynəlxalq Amnistiya internetdə müəyyən məhdudiyyətlərin, məsələn, irqi ədavət, zorakılıq və ya pornoqrafiya yayan səhifələrin qarşısının alınmasını da məqsədəuyğun sayır

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG