Accessibility links

Tanınmış şiə ruhanisi qətlə yetirilib


İraq təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, bu gün Bağdadın şiələrin çoxluq təşkil etdiyi Qədimiyyə hissəsində maşına yerləşdirilmiş bomba partlayışı azı 7 nəfərin ölümünə, 25 nəfərdən çoxunun isə yaralanmasına səbəb olub. Dünən axşam isə ölkədə tanınmış şiə ruhanisi Ayatolla Əli Əl-Sistaninin köməkçisi Rəhim Əl-Həsnəvi İraqın cənubundakı Əl-Mişkab şəhərində, öz evinin yanında qətlə yetirilib. Dünən eləcə də, Baijay şəhərində bir polis zabitinin qətlə yetitirildiyi bildidilirb.

Birləşmiş Ştatların İraqdakı səfiri Rayan Kroker deyib ki, Birləşmiş Ştatlar qüvvələri ölkəni tərk edəcəyi təqdirdə İraqda vəziyyət daha pis olacaq.

XS
SM
MD
LG