Accessibility links

Dəyirmi Masa: Azərbaycanda müstəqil mətbuat


Ötən günlərdə Azərbaycanda müstəqil mətbuatın durumu ilə bağlı narahatlıqlar kəskin artıb. Ardıcıl olaraq bir neçə jurnliastin uzun müddətli həbs cəzalarına məhkum edilməsi, Gündəlik və Realnı Azərbaycan qəzetlərinin idarəsinə reydlər, qəzetin baş redaktoru hazırda həbsdə olan Eynulla Fətullayeva qarşı terrorçuluq ittihamlarının irəli sürülməsi Azərbaycanda mətbuat azadlığını ciddi sınaq qarşısına qoyub. Məsələ ilə əlaqədar bəyanat verən ATƏT nümayəndəsi Mikloş Haraşti Azərbaycanın jurnalistlər üçün ən təhlükəli yerlərdən biri olduğunu bəyan edib. Bu həyəcanlı hadisələri müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə YAPın mətbuat katibi Hüseyn Paşayevi və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynlini dəvət etmişik.
XS
SM
MD
LG