Accessibility links

Türkiyə PKK qiyamçılarını əzəcəyini vəd edir


Türkiyə hərbisi bu həftə 12 əsgərinin öldürülməsindən sonra, Kürd qiyamçılarını əzəcəyini vəd edib. İnternetdə yayılmış bəyanatda Türkiyə hərbi qüvvələrinin komandanlığı terrorizmə qarşı mübarizədə ordunun sınmaz qətiyyətə malik olduğunu və hücumlara cavab verəcəyini bildirib. Bazar Ertəsi Tuncəli vilayətində qiyamçıların ordu postuna hücumu nəticəsində 8 Türk əsgəri həlak olmuşdur. Dünənki hücumda isə əlavə 4 əsgər həyatını itirib. Türkiyənin İraqla sərhədə qoşun cəmləşdirməsi beynəlxalq ictimaiyyət arasında narahatlığa səbəb olub. Birləşmiş Ştatlar Türkiyəni İraqa girməməyə çağırıb. Kürdüstan Fəhlə Partiyası PKK 1984-cü ildən bəri Türkiyənin əsasən Kürdlər məskunlaşan cənub şərqində hökumət qüvvələri ilə vuruşur. Zorakılılqar nəticəsində 30 mindən çox adam həlak olub.
XS
SM
MD
LG