İraqdakı ABŞ hərbçiləri koalisiya qüvvələrinin Əl Qaidə əleyhinə keçirdikləri reyd zamanı 5 terrorçunu öldürdüklərini, 11 nəfəri isə həbs etdiklərini bildiriblər. Hərbçilərin bəyanatında deyilir ki, ABŞ qüvvələri Fəllucə yaxınlığında, Tacinin şimalında və qərbi Bağdadda reydlər keçiriblər. Həmçinin Bukka düşərgəsində həbsxanaya edilən hücum zamanı altı mülki məhbus həlak olub, 50 nəfər yaralanıb.
Bağdadda polis patrulunu hədəf alan maşına yerləşdirilmiş bomba isə iki nəfərin ölümünə yeddi nəfərin yaralanmasına səbəb olub. Cümə günü İraqda hücumlar zamanı 80 nəfər həlak olub.