Accessibility links

İsrail İranın nüvə proqramına qarşı hərbi əməliyyatları istisna etmir


İsrailin yüksək səviyyəli rəsmiləri deyiblər ki, onların ölkəsi İranın nüvə proqramına qarşı hərbi əməliyyatları istisna etmir. Lakin onlar İsrailin məsələnin diplomatik yolla həllinə üstünlük vetdiyini deyiblər.

İsrail baş nazirinin müavini Şaul Mofaz İranla nüvə proqramı məsələsilə bağlı danışıqlara başlandığı təqdirdə bütün imkanların nəzərdən keçiriləcəyini deyib. Cənab Mofaz deyib ki, İsrail İrana nüvə silahı istehsalını dayandırması üçün hərbi üsulların da nəzərdən keçirildiyi barədə açıq xəbərdarlıq edib. Lakin İsrail radiosuna verdiyi müsahibəsində o, müharibənin son qərar olduğunu deyib. “Hal-hazırda beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyalar qəbul etməsi düzgündür və bu kurs daha da intensivləşdirilməlidir”- deyə, canab Mofaz bildirib.

Bu həftənin əvvəlndə cənab Mofaz Vaşınqtonda dövlət katibi Kondoliza Raysla görüşü zamanı demişdi ki, İsrail və Biləşmiş Ştatlar sanksiyaların efektivliyini ilin sonunda nəzərdən keçirmək barədə razılığa gəliblər. Hələ 2005-ci ildə İran prezidenti İsraili yer üzündən silməklə hədələyəndən bəri İsrailin İranın nüvə proqramını inkişaf etdirməsi ilə bağlı narahatlığı artmaqdadır.

Suriya məsələsinə gəldikdə isə cənab Mofaz, İsrailin Suriya ilə yeddi il bundan əvvəl dayandırılmış danışıqların bərpasında marağı olduğunu deyib. O, İsrailin Suriyaya gizli mesaj göndərdiyini, lakin Suriyanın buna cavab vermədiyini deyib. Cənab Mofaz mesajın məzmunu barədə məlumat verməyib. Lakin dünən İsrail qəzetləri İsrailin Suriyaya sülhün tam bərpası qarşılığında strateji Qolan Yüksəkliklərini təklif etdiyini yazmışdılar.

Qeyd edək ki, İsrail Suriyaya məxsus Qolan Yüksəkliklərini hələ 40 il bundan əvvəl tutub, lakin indiyə kimi bu ərazinin qaytarılmasına razılıq verməyib. Sorğular göstərir ki, israillilərin 84%-i Qolan Yüksəkliklərinin qaytarılmasının əleyhinədir.

XS
SM
MD
LG