Accessibility links

ABŞ prezidenti Albaniyadadır


ABŞ Prezidenti Corc Buş Kosovonun müstəqilliyini və Albaniyanın İraq və Əfqanıstandakı hərbi öhdəliklərini müzakirə etmək üçün Tirana şəhərinə gəlib. Adriatik dənizi sahilində yerləşən bu sabiq Sovet bloku ölkəsinə ilk Amerika prezidentinin gəlişi təmtəraqla qarşılanıb.

Prezidentin aeroportdan keçən yolunda cənab Buşun səfərini əks etdirən lövhələr qoyulmuiş, yerli sakinlər Amerika bayrağının rənglərini əks etdirən qırmızı, ağ və göy papaqlar geyinmişlər. Cənab Buşun şəkli 3 alban markasında əks olunur və paytaxt Tiranadakı parlamentin qarşısından keçən küçə onun adını daşıyır.

Bu, cənab Buşun etirazçılarlarqarşılaşdıqğı Almaniya və İtaliyadakı başqa Avropa dayanacaqlarından fərqlənir.

Aabaniya Birləşmiş Ştatların Əfqanıstan və İraqdakı əməliyyatlarını dəstəkləyir. Hökumət Əfqanıstandakı qüvvələrini 3 qat artıraraq 140-a qaldırıb və iİaqda nə qədər lazım gəlsə 120 əsgər saxlayacağını vəd edib.

Tərcüməçi vasitsilə danışan Baş nazir Sali Berişa deyib ki, albanlar terrorizmə qarşı mübarizədəki rolları ilə fəxr edirlər.

Prezident Buş dyib ki, o, İraq və Əfqanıstanda xidmət edən alban əsgərlərini qiymələtndirir və buna görə də onların ailələrinə öz təşəkkürünü bildirir. O, Aabaniyanın mütəşəkkil cinayətə və korrupsiyaya qarşı apardığı mübarizədəki irəliləyişi alqışlamış və ölkənin NATO-ya inteqrasiyası üçün apardığı hərbi və siyasi islahatları dəstəkləmişdir. "Mən Albani̇yanin di̇ni tolerantliq nümunəsi olmasini dəyərləndi̇rirəm və mən Albaniyanin eti̇barli dost və dəyanətli̇ müttəfi̇q olmasindan məmnunluq duyuram."

Prezident Buş və baş nazir Berişa Serbiaynın Kosovo vilayatinin müstəqilliyini Makedoniya və Xorviatya baş nazirlərilə müzakirə ediblər. Kosovo əhalisinin əsasən albanlardan ibarət olması məsələnin rəsmi Tirana üçün əhəmiyyətini artırır. Prezident Buş deyib ki, Kosovonun müstəqiliyi haqda danışmaq yox, bunun konkret olaraq həyata keçirilməsini təmin etmək lazımdır.

"Söhbət burada subyekt üzərində sonsuz dialoq aparmaqdan getmir. Biz inanırıq ki, Kosovo müstəqil olmalıdır."-deyə o bildirib.

Rusiya bu addıma qarşı çıxır və buna əsas olaraq Kosovonun serb azlığının taleyini göstərir.

Prezident Buş özünün Avropa səfərini bazar ertəsi Bolqarıstana getməklə başa vuracaq.

XS
SM
MD
LG