İraqdakı Ənsar əl-Sünnə yaraqlı qrupu Mosul şəhərində qadın jurnalistin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. Qrupun internetdə yerləşdirdiyi bəyanatda deyilir ki, Səhər əl-Heydəri “mücahidinlər haqda yanlıış təsəvvür" yaratdığına görə qətlə yetirilib. Əl-Qaidə ilə əlaqəsi olan qrup Heydərini İraq polisi və höiumətilə əməkdaşlıqda da günahlandırıb. Polis jurnalisitin cümə axşamı günü pusqu zamanı öldürüldüyünü bildirir. Səhər əl-Heydəri Əsvat əl-İraq (”İraqın səsləri”) qəzetində işləyirdi. Rəsmilər onun adının yerli yaraqlı qrupun liderinin siyahısında olduğunu bildiriblər.