Accessibility links

Kolin Pauel Barak Obamaya məsləhət verib


Sabiq Dövlət katibi Kolin Pauel deyir ki, o, xarici siyasətlə bağlı Demokrat partiyasından prezidentliyə namizəd senator Barak Obamaya məsləhət verib. Televiziya ilə müsahibəsində Pauell Obama ilə iki dəfə görüşdüyünü deyib. O, əlavə edib ki, xarici siyasət və hərbi məsələlərlə bağlı istənilən namizədlə danışmağa hazırdır. Pauell hansısa namizədi dəstəkləməyin hələlik tez olduğunu bildirib. O söyləyib ki, növbəti səkkiz il ərzində ölkəni idarə edə biləcək ən yaxşı adama səs verəcək.
XS
SM
MD
LG