Keçən şənbədən bəri Fələstinin rəqib qrupları arasında baş verən toqquşmalarda azı 6 nəfər həlak olub, onlarla adam isə yaralanıb. Fraksiyalar arasında bu gün yeni atəşkəs müqaviləsi imzalanıb.
Həmas qrupu və onun rəqibi olan Fətah qrupu Qəzzə Zolağında atəşkəsə razılıq veriblər. Həmas yaraqlıları Fətahın prezident qvardiyasının bir üzvünü girov götürdükdən və onu 15-ci mərtəbədən atdıqdan sonra Fətah silahlıları buna cavab olaraq, Həmasın bir fəalını 12 mərtəbəli binanın damından atmışlarlar. Bundan sonra rəqib tərəflər arasında yenidən atışmalar başlamışdır.
Fətah qrupunun üzvləri Həməs məscidinin xətibini girov götürmüş və edam etmişlər. Bundan əlavə Fətahın üzvləri baş nazir İsmayil Həniyyənin evini atəşə tutmuşlar. Lakin xəsarət alan olmayıb.
Fələstinli vasitəçi İbrahim Əbü Nacah rəqib tərəflər arasında atəşkəs razılığının əldə edilməsinə yardım göstərib. O, İsrail radiosuna verdiyi müsahibəsində deyib ki, rəqib tərəflər arasında bundan əvvəl də bir sıra atəşkəs müqavilələr imzalanıb, lakin hər dəfə bu razılıq pozulub.