Accessibility links

Vyanada Avropada Adi Silahlara Nəzarət Müqaviləsi nəzərdən keçirilir


NATO-ya üzv olan ölkələrin və keçmiş Sovet müttəfiqlərin nümayəndələri Soyuq savaşdan sonra silahlara nəzarət məsələsini müzakirə etmək üçün Vyanada toplaşıblar. Rusiya Avropada adi silahlar haqqında müqaviləni yenidən nəzərdən keçirmək üçün fövqəladə sessiya çağırıb.

1990-cu ildə imzalanmış və 9 il sonra yenidən nəzərdən keçirilmiş müqavilə NATO və indi fəaliyət göstərməyən Varşava Paktının Avropada yerləşdirə biləcək silah və əsgəri qüvvənin həcmini məhdudlaşdırır.

Rusiya prezidenti Vladimir Putin Aprel ayında bütün NATO ölkələri sənədi təsdiqləməyincə müqavilənin icrasını dayandıracağı ilə hədələyib. NATO ölkələri Rusiya qoşunlarını Gürcüstan və Moldovadan çəkməyincə sənədi ratifikasiya etməkdən boyun qaçırırlar.

Bugünkü müzakirələrdən öncə Rusiya nümayəndə heyətinin başçısı Anatoli Antonov bildirib ki, Rusiya paktı ləğv etməsə də, onun qüvvəsini müəyyən müddətə saxlaya bilər.

XS
SM
MD
LG