Accessibility links

Vaşinqtonda kommunizm qurbanlarının xatirəsinə abidə qoyulub


Prezident Buş bütün dünyada kommunizm qurbanlarının xatirəsinə həsr olunmuş adibənin açılışında iştirak edib. Açılış mərasimində çıxışı zamanı ABŞ prezidenti deyib ki, kommunizm dövrü həlak olmuş 100 milyon günahsız kişi, qadın və uşağın xatirəsini anmaq mənəvi borcdur. O bildirib ki, kommunizm qurbanlarının dəqiq sayı heç vaxt bilinməyəcək. Prezident Buş Çin, Şimali Koreiya, Afrika, Şərqi Avropa, Kamboca, Kuba, Almaniyanın şərqində və dünyanın başqa yerlərində kommunizm dövrü həlak olmuş insanların çəkdiyi məşəqqətləri qeyd edib.

Vaşinqtondakı Kapitoliya binasının yaxınlığında qoyulmuş abidə-memorialın açılışı 1989-cu ildə Çinin Tyananmın meydanında nümayişçilər zamanı qaldırılmış Demokratiya İlahəsinin bürünc mücəssəmisindən ibarətdir.

Kommunizm qurbanlarının xatirəsinə abidənin açılış mərasimində prezident Buşla yanaşı, Holokost qurbanı olmuş ABŞ konqresmeni Tom Lantos da nitq söyləyib. Kommunizm Qurbanları memorialı fondu Konqres tərəfindən təsis edilib. Fondun bildirdiyinə görə, bu gün dünya əhalisinin beşdə biri hələ də kommunizm quruluşunun qulu olaraq yaşayır. Fond bildirir ki, bu abidə kommunizmə müqavimət göstərib soyuq müharibədə qələbə çalmağa kömkək edən insanların xatirəsinə həsr edilməklə yanaşı, kommunizmin törətdiyi cinayətlər haqda bilgilər verir.

XS
SM
MD
LG