Accessibility links

Robert Geyts Taliban yaraqlıları ilə mübarizə üçün əlavə texnika istəyir


Birləşmiş Ştatalrın yüksək səviyyəli hərbi rəsmilərindən alınan məlumatda deyilir ki, müdafiə naziri Robert Geyts bu həftə NATO-nun Brusseldə keçiriləcək yığıncağında Əfqanıstandakı müharibə üçün əlavə dəstək istəyəcək. Rəsmilər bildiriblər ki, çümə axşamı keçiriləcək görüş zamanı cənab Geyts Avro-Atlantik Aliansına Əfqan hərbi qüvvələrinə Taliban yaraqlıları ilə vuruşmaq üçün əlavə texnika lazım olduğunu bəyan edəcək.

Əfqanıstanda Taliban hərəkatının qarşısını almaq üçün Əfqan ordusuna Birləşmiş Ştatlar və NATO-nun 50 000-nə yaxın hərbi qüvvəsi kömək edir.

Bu arada özünü Taliban sözçüsü kimi təqdim edən bir şəxs deyib ki, dünən Helmənd vilayətində yaraqlılar NATO əsgərlərini oğurlayıblar. Birləşmiş Ştatların Əfqanıstandakı koalisiya qüvvələri bu gün bildiriblər ki, hadisə üzrə təhqiqat aparılır.

Digər bir xəbərdə bildirilir ki, keçən gecə Əfqanıstanın cənub bölgəsində polis üç yaraqlını qətlə yetirib. Bu gün Zabul vilayətindəki polis məntəqəsinə də Talibanlar tərəfindən hücum olub.

Xatırladaq ki, dünən ABŞ hərbiçilərinin polis məntəqəsinə səhvən etdikləri hücum nəticəsində 7 polis işçisi qətlə yetirilmişdi.

XS
SM
MD
LG