Accessibility links

Iran Nüvə Enerjisinə Nəzarət Agentliyini hədələyir


İran nüvə proqramını dayandırmadığı üçün Tehrana sanksiyaların tətbiq ediləcəyi təqdirdə BMT Nüvə Enerjisinə Nəzarət Agentliyi ilə əməkdaşlığı məhdudlaşdıracağı ilə hədələyib. İranın Beynəlxalq Nüvə Enerjisinə Nəzarət Agentliyindəki səfiri Əli Əsgər Soltaniyə bu gün Vyanada bildirib ki, hər sanksiyaya bir reaksiya veriləcək. Soltaniyə bildirib ki, İran uranın zənginləşdirilməsi üçün texnologiyanı artıq qurmağa başlayıb və indi bunu dayandırmaq gecdir.

BMT Təhlükəsizlik Şurası İrana qarşı artıq iki dəfə sanksiya tətbiq edib.

XS
SM
MD
LG