Accessibility links

ABŞ hərbi qüvvələrinin yeni hesabatı açıqlanıb


Birləşmiş Ştatlar hərbçilərinin yeni hesabatı göstərir ki, bu ilin əvvəlində Bağdadda ABŞ qoşunlarının sayının artırılmasına baxmayaraq, İraqda zorakılıq hallarının sayı artıb. Hesabat fevral-may aylarını əhatə edir ki, bu dövrdə təriqətlərarası münaqişələri səngitmək üçün 30 000-lik ABŞ əsgəri qüvvəsinin ilk qrupları Bağdada göndərilmişdi. Hesabata əsasən, İraq paytaxtı və Ənbar vilayətində zorakılıq hallarının sayı azalsa da, Bağdadın ətrafında, Nineva və Diyala əyalətlərində artmışdır.

Pentaqon bildirir ki, İraqda mülki əhali arasında zorakılıq qurbanlarının sayı orta hesabla gündə 100 nəfərdən artıq olub. Bağdadda zorakılıq hallarının sayı yanvarda 26 olduğu halda aprel ayında 58-ə qədər artıb.

XS
SM
MD
LG