Accessibility links

Fətah və Həmas qarşılıqlı hücumları davam etdirir


Fələstinlilərin prezidenti Mahmud Abbas Həmas qrupunun Qəzza zolağında Fətahın mövqelərini ələ keçirməsi ilə bağlı bu qrupun başçılıq etdiyi hökuməti istefaya göndərdikdən sonra bu gün yeni baş nazir və fövqəladə kabinet qarşısında and içib.

Fətah qrupunun lideri olan cənab Abbas Həmasın rəhbəri İsmayıl Haniyəni vəzifədən kənarlaşdırdıqdan sonra onun yerinə keçmiş maliyyə naziri Salam Fəyyadı baş nazir təyin edib. Lakin cənab Haniyə bu qərara məhəl qoymayaraq, hökumətin əvvəlki kimi fəaliyyətini davam etdirəcəyini deyib.

Bu arada Israil əsgərləri Qəzzadan İsrailə keçmək istəyən kütlələri nəzarət altında saxlamaq üçün Ərəz sərhəd məntəqəsində havaya atəş açıb. Silahlı şəxslər İordan çayının qərb sahilində Həmasın nəzarəti altındakı mövqelərə, o cümlədən Ramallahdakı parlament binasına hücum edib. Qəzzada Həmas yaraqlıları Fətahın qurucusu, fələstinlilərin mərhum lideri Mahmud Abbasın evini qarət və alt-üst ediblər.

Bu gün ABŞ elçisi cənab Abbasa bildirib ki, əgər yeni hökumətin tərkibində Həmas təmsil olunmasa, ABŞ fövqəladə hallar üçün yardıma qoyulan qadağanı götürə bilər.

XS
SM
MD
LG