Accessibility links

BMT və Afrika Birliyi sülhməramlıların Darfura göndərilməsini müzakirə edir


BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrin səfirləri Afrika Birliyi ilə Suidanın Darfur regionunda sülhü qoruma missiyasıını müzakirə etmək üçün Efiopiyadadırlar.

BMT sözçüsünün bildirdiyinə görə, Afrika Birliyi və BMT-nin birgə sülhməramlı qüvvələrinin Darfura göndərilməsi bu gün Əddis Əbəbədə başlayan danışıqların əsas mövzusu olsa da, Somalidəki vəziyyət də müzakirə mövzusu ola bilər.

Bu həftənin əvvəlində Sudan bir neçə aylıq inadkarlıqdan sonra qarışıq tərkibli sülhməramlı qüvvələrin Darfur bölgəsində yerləşməsinə razılıq verib. Afrika Birliyinin artıq bölgədə yerləşmiş min sülhməramlısı Darfurda zorakılığa son qoymağa nail olmayıb.

2003-cü ildən bölgədə başlanan münaqişədə BMT hesablamalarına görə azı 200 min adam həlak olub, 2 milyon qaçqın düşüb.

XS
SM
MD
LG