Accessibility links

İraqda komendant saatı ləğv edilib


Şiə məbədinin partladılmasının ardınca elan edilən 4 günlük komendant saatından sonra İraqlılar küçələrə qayıtmışlar. Komendant saatı Çərşənbə günü Əl Qaida militantları Samirədə Əl-Əsgəriyyə məscidinin 2 qızıl qülləli minarəsini dağıtdıqdan sonra elan edilmişdi.

ABŞ qüvvələri bu gün keçirdikləri əməliyyatlar nəticəsində 10 terroristi məhv etmiş və 20 şübhəlini saxlamışlar. Bağdad və başqa yerlərdə keçirilən reydlər nəticəsində düşmən silahları və bomba qayırmaq üçün istifadə olunan materiallar aşkar edilib. Dünən İraqda səfərdə olan ABŞ müdafiə naziri Robert Geyts bildirib ki, İraqa yenicə gətirilən əlavə 28 minlik ABŞ qüvvəsi öz təsirini göstərməyə başlayıb.

XS
SM
MD
LG