Accessibility links

İran Salman Rüşdinin şərəfləndirilməsinə etiraz edir


İran Britaniyanın Şeytan Ayələri adlı romanın müəllifi Salman Rüşdiyə cəngavər rütbəsi vermək haqda qərarını pisləyib. İranın xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bu gün bildirib ki, Britaniyanın bu qərarı müsəlman dünyasına təhqirdir. Onun sözlərinə görə İslam cəmiyyətində ən xoşagəlməz adamlardan biri olan şəxsin şərəfləndirilməsi yüksək rütbəli Britaniya rəsmilərinin anti-İslamizminin sübutudur. 1989-cu ildə Ayətulla Xomeyni fətva verərək müsəlmanları Salman Rüşdini öldürməyə səsləmişdi. 1998-ci ildə İranla Britaniya arasındakı razılığa əsasən İslam Respublikası ölüm hökmündən geri çəkilib. Lakin radikal mollalar iniyədək də fətvanın qüvvədə qaldığını deyirlər.
XS
SM
MD
LG