Accessibility links

Türkiyə prezidenti peferendumun keçirilməsinə veto qoydu


Türkiyə prezidenti Əhməd Necdet Sezer Türkiyə hökumətinin İslamçı baş nazir Receb Teyyib Ərdoğanın prezidentin xalq və ya parlament tərəfindən seçiləsəyi ilə əlaqədar gələn ay keçirilməsini istədiyi referendum tələbinə veto qoydu. İyul ayının 22-də keçiriləcəyi nəzərdə tutulan parlament seçkiləri ilə eyni zamanda keçiriləcək referendumda Türkiyə prezidenti xalq yaxud parlament tərəfindən seçilə bilməsi sualına səs veriləcəkdi.

Cənab Sezerin vetosuna əsasən bu referendum iyulun 22-dən sonrakı tarixdə keçiriləcək. Qeyd edək ki, ideoloji baxımdan dünyəviçi olan cənab Sezer Ərdoğan hökuməti ilə yola getmir.

XS
SM
MD
LG