İran bildirib ki, Birləşmiş Ştatlar nüvə proqramına görə hərbi yola əl atsa, neft ehtiyalarından “silah” kimi istifadə edəcək. İranın OPEK-dəki nümayəndəsi Kazimpur Ərdəbili deyib ki, ABŞ hərbi yolu istisna etmədiyi halda, İran da neftdən alət kimi istifadə etmək məsələsini kənara qoymayacaq. Ərdəbili bu açıqlamaları İranın “Şərq” qəzetində dərc ediən məqaləsində verib.
Vaşionqtonda çıxış edən Birləşmiş Ştatlar prezidenti İranın nüvə məsələsi ilə bağlı danışıqlarda bütün vasitələrin masa üzərində olduğunu söyləyərək, eyni zamanda yaranmış qarşıdurmanın diplomatik yolla həllini istədyini deyib. İran gizlində atom bombası istehsal etməsi haqda ittihamları rədd edir.