Accessibility links

Müsəlmanlaşan Rusiya


Rusiya Federasiyası tarixində əsas demoqrafik transformasiyanı yaşayır. Bu ölkənin əhalisi hər il 700 min nəfər azaldığı halda müsəlman əhali ildə dörd faiz artır. Amerikanın səsinin Fokus analitik qrupunun təhlilində bu dəyişikliklərə nəzər salınır.

BMT-nin təxminlərinə əsasən, Rusiyanın 140 milyonluq əhalisi 2050-ci ilədək təqribən üçdə biri qədər azalacaq. Bir çox ekspertlər deyir ki, etnik ruslar arasında doğum statistikasının düşməsi ilə yanaşı müsəlman icmalarında yüksək artım templəri nəticəsində əsrin ortalarınadək Rusiyada müsəlmanlar çoxluq təşkil edə bilər.

Estoniyanın Tartu Universitetinin tədqiqatçısı və Rusiyada İslam adlı kitabın müəllifi Pol Qobl deyir ki, son onillikdə ölkədə ciddi demoqrafik dəyişikliklər baş verib: “Moskvada müsəlmanların sayı Parisdən artıqdır. Moskvada 2.5-3 milyona yaxın müsəlman var. Moskvada ikinci ən geniş etnik qrup azərbaycanlılardır ki, onların sayı bir milyona yaxındır. Sankt Peterburqda 1 milyon, milyon yarım müsəlman var. Əvvəllər heç zaman müsəlmanların yaşamadığı Kareliya Kamçatka və saxalində də indi müsəılmanlar var”.

Bu tendensiyaya qismən 18-55 yaş qrupundan olan etnik ruslar arasında yüksək ölüm statistikası da təsir göstərir.

“Rusiyada həddi büluğa çatmışların ölüm statistikası ölkənin müaasir cəmiyyətə deyil, müharibə zonasına bənzədiyi barədə təsəvvür yaradır”, deyə Qobl izah edir. Alkoqolizm, xəstəliklər, sənaye qəzaları statistikası dəhşətə gətirir. Bütün bunların nəticəsində Rusiya federasiyasında etnik rusların sayı hər il demək olar ki, bir milyon azalır. Müsəlman əhalisində artım getdiyi üçün Rusiya hökuməti bu tənəzzülü hiss etmir.”

Rusiyada müsəlmanlar, əsasən, iki coğrafi bölgədə - Volqaboyunda və Şimali Qafqazda yaşayırlar. Bir çox təhlilçilər qeyd edir ki, Volqaboyunda yaşayan müsəlmanlar əsrlər boyu Rusiya vətəndaşı olublar və nisbətən mötədildirlər.

Lakin Şimali Qafqazda, xüsusilə də Rusiya dövlətinə qarşı ənənəvi müqavimətdə olan Çeçenistanda vəziyyət fərqlidir. Bir çox təhlilçilər hesab edir ki, çeçen müsəlmanlar hərbi İslama meyllidirlər.

Vaşinqtondakı Hadson İnstitutundan Devid Satter də daxil olmaqla bəzi ekspertlər deyir ki, etnik ruslaın çoxunu keçmiş sovet respublikalarından olan müsəlmanların təsiri narahat edir: “Rusiyalıların yeni nəsli keçmiş sovet respublikalarından olan adamlarla vaxtilə bir ölkədə, eyni sistem altında yaşadıqlarını xatırlamır. Onlar bir çox rus şəhərlərində - xüsusilə Moskva, Sankt Peterburq və Voronejdə hücumlara məruz qalırlar.”

Bəzi analitiklər deyir ki, Rusiyanın demoqrafik transformasiyası uzun müddətli perspektivdə beynəlxalq aləmdə ciddi təsirlər, xüsusilə də Qərb üçün təhlükə vəd edir.

Pol Qoblun fikrincə, müsəlmanlar çoxluq olacağı halda islamçı radikal qruplar Rusiyada siyasi üstünlük qazana bilərlər: “Mənə elə gəlir ki, Rusiya federasiyasının Qərb haqqında nə düşündüyü və hansı hərəklətlər etdiyi barədə onların çoxluğa çevrilməsindən öncə düşünmək lazımdır. Artıq müsəlman ekstremistlərin atom silahı əldə etməsindən söhbət gedir. Rusiyada isə siz müsəlmanların birdən birə çoxlu halda bombayta shib olmasının şahidi ola bilərsiniz. Əgər hələ bu heç kimi narahatr etməyibsə, gərək etsin. Bizim bu icmaya indi və bundan sonrakı bir neçə onillikdə münasibətimiz onların bizə münasibətini şərtləndirəcək.”

Qobl və başqa ekspertlər deyir ki, Qərb Kremli müsəlmanları Rusiya cəmiyyətinə daha ciddi inteqrasiya etməyə və onların dini və dəigər hüquqlarına hörmətlə yanaşmağa təşviq etməlidir. Onlar xəbərdar edir ki, bu olmasa, Rusiya Federasiyasında siyasi qeyri-stabillik yarana bilər.

XS
SM
MD
LG