Accessibility links

Bu gün Ümumdünya qaçqınlar günüdür


Roma papası Benedikt sünya qaçqınlar günündə dünya hökumətlərini sığınacaq istəyənlərinin hüquqlarına hörmətlə yanaşmağa və həyatını xilas etmək üçün vətənini tərk edənləri müdafiə etməyə çağırıb.

Bu gün Vatikanda danışan pontifik deyib ki, qaçqınlara sığınacaq vermək və onları qəbul etmək xristianlar üçün insanlıq həmrəyliyi və İncilin təlqin etdiyi məhəbbəti əməldə göstərmək yoludur.

Çərşənbə axşamı BMT-nin açıqladığı hesabatda 2006-cı ildə dünya üzrə qaçqınların sayının 14 faiz artdığı bildirilir. Bunun səbəbi İraq və Əfqanıstanda müharibə, eləcə də Sudanın Darfur regionunda humanitar böhrandır.

Hesabata görə, İraqda hər gün 2 min adam məcburi köçkünə çevrilir. Suriya və İordaniya 1.5 milyon İraq qaçqınına sığınacaq verib. Rəsmilər deyir ki, bu rəqəmlərə İsrailin işğalı altındakı İordan çayının qərb sahili, Suriya, Livan və İordaniyada yerləşmiş 4 milyon fələstin qaçqını daxil deyil.

XS
SM
MD
LG