Accessibility links

Türkiyədə Əl Qaidə ilə əlaqədə şübhəli 23 nəfər tutulub


Türkiyə polisi Əl Qaida terror şəbəkəsiylə əlaqəsi olduğundan şübhəli bilinən 23 nəfəri həbs edib. Onlar Bursa vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində tutulublar. May ayında da Turkiyə polisi İstanbulda terrorçu hücum həyata keçirməyi planlaşdırdıqları təxmin edilən 11 yaraqlını həbs etmişdi. Onların Əl Qaidanın üzvü olduqları ehtimal edilirdi.

2003-cü ildə İstanbulda iki sinaqoq, Britaniya Baş Konsulluğuna və mərkəzi Londonda olan bir Bankın İstanbul şöbəsinə edilən intiharçı hücumlar nəticəsində 58 adam həlak olmuşdu. Bu hücumları Əl Qaidanın Türkiyədəki bir özəyinin həyata keçirdiyi ehtimal olunur.

XS
SM
MD
LG