Accessibility links

İran yeniyetmələrin edamı üzrə liderdir


Beynəlxalq insan hüquqları qrupu İranı yaşı 18-dən aşağı olan adamların edamına son qoymağa çağırıb. Human Rights Watch bildirir ki, İran dünyanın digər ölkələrindən daha çox sayda uşaq edam edir. Təşkilat İranın 2004-cü ildən bəri 17 belə edam həyata keçirdiyini deyir.

Bəzi yeniyetmələrin 15 yaşında törətdiyi cinayətə görə edama məhkum edildiyi bildirilir. İnsan hüquqları təşkilatının rəsmisi bildirib ki, İran uşaqların dar ağacına göndərilməsinə son qoymalı və yeniyetmələrə ölüm hökmünü arada götürməklə öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir.

XS
SM
MD
LG