Accessibility links

Atlantis Şatlı Yerə qayıtmağa hazırlaşır


Atlantis approaches the International Space Station during STS-117 rendezvous and docking operations, 10 Jun 2007" hspace=2 src="/azerbaijani/images/nasa_tv_space_shuttle_atlantis_approaches_space_station_195_eng_10Jun07.jpg" width=210 align=left vspace=2 border=0>Birləşmiş Ştatların kosmik gəmisi Atlantisin ekipajı Yerə qayıtmaq üçün son hazırlıqları görür. Şatlın NASA-nın Florida ştatındakı Kennedi uçuş mərkəzində enməsi üçün iki imkanı var. Lakin hava şəraitinə görə kosmik gəminin cümə günü enməsi təxirə salına bilər. Atlantisin bazar gününə qədər fəzada qalmaq üçün ehtiyatı var.

NASA-nın mühəndisləri Şatlın enməsinə dünən kosmik gəminin istilik örtüyünün yoxlanmasından sonra icazə vermişdi. İstilik örtüyünə kosmik gəmi havaya qalxarkən zərər dəymişdi, lakin astronaftlar kosmik fəzada gəzinti zamanı onu təmir etmişdilər.

XS
SM
MD
LG