Accessibility links

Tehranda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub


Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü olub. Görüşdə sahil dövlətlərinin başçılarının ikinci Sammitinin keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan xarici işlər nazirinin Tehranda olan mətbuat katibi Xəzər İbrahim bildirib ki, görüşün nəticəsi olaraq nazirlər kommunike qəbul edib və dövlət başçılarının imzalayacağı bəyannamənin mətni razılaşdırılıb.

Mətbuat katibinin sözlərinə görə, kommunikedə Xəzərin statusu və akvotoriyasının qorunması ilə bağlı müxtəlif məsələlər öz əksini tapıb. Eyni zamanda, Azərbaycan xarici işlər naziri Xəzərin hüquqi statusu haqqında Azərbaycan, Qazaxıstan və Rusiya arasında bağlanmış ikitərəfli sazişləri nümunə kimi göstərib. Onun fikrincə, hövzənin hüquqi statusunun beştərəfli formatda nizamlanması üçün bu yaxşı əsas ola bilər.

<Turan> Agentilyini məlumatına görə isə İran öz əvvəlki mövqeyində qalır. İranın xarici işlər naziri Mənuçöhr Mottaki görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, İran Xəzər dənizində öz ərazi suları zonasının artırılmasını tələb edir. <Xəzər dənizinin əvvəlki hüquqi statusu yeni hüquqi statusun müəyyən olunması üçün yaxşı bazadır> deyə o qeyd edib. İran Xəzərin beş ölkə arasında bərabər bölünməsini istəyir. Lakin Xəzər hövzəsinin digər dövlətləri dənizin sahil xəttinin uzunluğundan asılı olaraq sektorlara bölünməsində təkid edir. İranın sahil xəttinin uzunlğu isə bütün dövlətlərdən azdır.

XS
SM
MD
LG