Accessibility links

Əxlaqsızlıq yuvası saxlamaqda günahlandırılan girovlar azad edilib


Pakistan paytaxtında radikal mədrəsə tələbələri bu gün girov görürdükləri 9 nəfəri azad ediblər. Tələbələr 6 çinli qadının da daxil olduğu girovları əxlaqsızlıq yuvası saxlamaqda günahlandırırdılar.

İslamabadda Taliban tərəfdarı olan Lal Məscid və ya Qırmızı məscid adlanan məsciddə təhsil alan tələbələr bildiriblər ki, girovları Pakistan - Çin münasibətləri naminə azad ediblər. Bəyanatda həmçinin deyilir ki, rəsmilər paytaxtdakı massaj salonlarını bağlamağa söz veriblər.

Pakistan rəsmiləri bildirirlər ki, onlar azı 25 tələbəyə qarşı insan oğurluğu ittihamları ilə cinayət işi başlamağa hazırlaşırlar.

Qırmızı məscidin ruhani və tələbələri əvvəllər də polisləri oğurlamış və əxlaqsızlıq yuvası hesab etdikləri yerlərə reydlər həyata keçirmişdilər. Qırmızı Məscid alternativ Patrul yaratmaq və şəriət məhkəməsi qurmaqla, Pakistan hökumətinə qarşı çıxır. Radikal ruhanilər onlara qarşı güc tətbiq edilərsə, intiharçı bomba hücumları həyata keçirəcəklərini deyiblər.

XS
SM
MD
LG