Accessibility links

Avropa Birliyi əsas sənədini razılaşdıra bilib


Avropa Birliyinin liderləri bildirir ki, onlar İttifaqın nizamnamə layihəsi üzrə razılığa gəliblər.

Yeni sənəd konstitusiya deyil, müqavilə adlanır. 2005-ci ildə Fransa və Hollandiya seçiciləri sənədi rədd etmişdilər.

Yeni müqavilə, üzv ölkələrin parlamentlərinə ölkənin milli maraqlarında zidd olduğu halda Avropa Birliyi qanunlarına qarşı daha böyük səlahiyyətlər verir.

Razılaşma bu gün Brüsseldə, bütün gecə davam edən danışıqlardan sonra Avropa dövlət başçıları tərəfindən elan olunub.

Avropa Birliyi yeni sazişin layihəsi üzərində işi bu ilin sonuna kimi, 27 üzv ölkə tərəfindən təsdiqini isə 2009-cu ilin sonuna kimi başa çatdırmağa ümid edir.

XS
SM
MD
LG