ABŞ Dövlət katibi Kondoliza Rays Darfura həsr olunmuş konfransda iştirak etmək üçün Parisdədir. Bazar ertəsi açılacaq konfransda BMT, Çin, Misir, Ərəb Liqası və Avropa Birliyinin nümayəndələri iştirak edəcək. Sudan konfransa qarşı çıxaraq, hər hansı yeni təşəbbüsün BMT və Afrika Birliyi tərəfindən irəli sürülmüş hazırkı sülh səylərinə mane olacağını bildirir. Darfura dair konfransda regionda BMT və Afrika Birliyinin sülhümühafizə qüvvələrinin yerləşdirilməsinin detalları müzakirə ediləcək. Sudan təzyiqlər altında bu yaxınlarda BMT və Afrika Birliyinin sülhümühafizə qüvvələrinin Darfurda yerləşdirilməsinə razılıq verib.