Accessibility links

Girov jurnalist azad olunması üçün zor işlətməməyə çağırır


Britaniya jurnalisti Alan Constonu görüntüləyən videoda girov müxbir xəbərdar edir ki, əgər onu xilas etməyə cəhd göstərilsə, girovdarlar onun üzərindəki bomba dolu kəməri partladacaqlar.

İslam ordusu Constonun görüntüsünü İnternet vasitəsilə yayımlayıb. Videoda Conston Britaniya hökuməti və Qəzza zolağını nəzarət altında saxlayan Həmas qrupuna müraciət edərək, onu azad etmək üçün zor işlətməməyə çağırıb.

Jurnalist bildirir ki, onu girov götürənlər ona azad olunması üçün sövdələşmələrin razılaşmaya yaxın olduğunu, lakin vəziyyətin ağır olduğunu deyiblər.

Həmas rəsmiləri Constonun azad olunması üçün zor işlətməmək qərarına gəldiklərini deyiblər.

XS
SM
MD
LG