Accessibility links

Şimali Koreya nüvə reaktorunu bağlayacağını deyir


Şimali Koreya xəbər verir ki, Birləşmiş Ştatlarla mübahisə həll olunduğuna görə o, əsas nüvə reaktorunu tezliklə bağlayacaq. Dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi açıqlamanı bu gün, rus bankı Dalkombank tərəfindən Şimali Koreyaya 25 milyon dollar köçürülməsindən sonra verib. ABŞ-ın Pxenyana sanksiyalarının tərkib hissəsi olaraq bu pul Makau bankında 2005-ci ildən bəri dondurulmuşdu. Kommunist dövləti pulu almayanadək əsas nüvə reaktorunu bağlamaqdan imtina edirdi. Çərşənbə Axşamı Pxenyan rəsmiləri BMT nüvə müfəttişləri ilə monitorinq işlərini müzakirə edəcəklər.
XS
SM
MD
LG