Accessibility links

İran nüvə müfəttişlərini Tehrana dəvət edir


BMT nüvə agentliyinin rəsmiləri bildirirlər ki, İran özünün nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək üçün müfəttişləri Tehrana dəvət edib. Beynəlxalq Nüvə Enerjisi Agentliyi bu gün bildirib ki, İranın nüvə danışıqları üzrə ali nümayəndəsi Əli Laricani dəvətnaməni dünən agentliyin rəhbəri Məhəmməd Əl Baradei ilə danışıqlarda təqdim edib. Agentlik İrana tezliklə müfəttiş heyəti göndərəcək.

Cənab Əl Baradeinin Əli Laricani ilə görüşü, İran nümyəndəsinin Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Havyer Solana ilə görüşdən bir gün sonra baş verib. Hazırda BMT Təhlükəsizlik Şurasının üzvləri İrana qarşı uran zənginləşdirməsini dayandırmadığına görə əlavə sanksiyalar paketinin tətbiqini müzakirə edirlər.

XS
SM
MD
LG