Accessibility links

Nüfuzlu respublikaçı senator administrasiyanı İraqda kursu dəyişməyə çağırıb


Birləşmiş Ştatların nüfuzlu respublikaçı senatoru və prezident Buşun qızğın müdafiəçisi Riçard Luqar administrasiyanı İraqda kursu dəyişməyə və ölkədə hərbi mövcudluğu azaltmağa çağırıb. Konqresin Xarici Əlaqələr Komitəsinin üzvü olan cənab Luqar deyib ki, ABŞ-ın İraqdakı strategiyası işə yaramır. Riçard Luqar bildirb ki, Ağ evin İraqda hərbi qüvvələrin sayının artırılması planını yeritməsi Amerikanın düşmənlərini gücləndirir, ABŞ-ın xarici siyasətinə zərər vurur və gələcəkdə İraqdan qarmaqarışıq bir vəziyyətdə çıxmaq şanslarını artırır. Nüfuzlu senator deyib ki, İraqda siyasi kurs indi dəyişməlidir, və əlavə edib ki, əgər prezident tam sürət yığmağa başlayan 2008-ci il kampaniyasını gözləyirsə, gərgin qarşıdurma ABŞ üçün variantları məhdudlaşdıra bilər.
XS
SM
MD
LG