Accessibility links

Rusiya NATO-nu birtərəfli siyasətdən əl çəkməyə çağırıb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nu Rusiyanın təhlükəszliyini zərbə altına qoyan birtərəfli siyasətdən əl çəkməyə çağırıb. Lavrov və NATO-nun baş katibi Yap de Hup Şeffer Moskvada Rusiya-NATO şurasında görüşüblər. Açılış sessiyasında Lavrov deyib ki, NATO öz üzvlərinin təhlükəszliyini başqalarının hesabında artırmamalıdır.

Bundan sonra Rusiya Prezidenti Vladimir Putin deyib ki, Moskva qarşıdurma erasını arxada qoyaraq qarşılıqlı əməkdaşlığa can atır. Lakin Putin qeyd edib ki, bu əməkdaşlıqda bəzi problemlər var. Rusiya və NATO həmçinin Kosovo məsələsi üzərində razılaşmırlar. Moskva Kosovoya müstəqillik verəcək BMT Təhlükəszlik Şurasının planına veto qoyacağı ilə hədələyir.

XS
SM
MD
LG