Accessibility links

İsrail hərbi əməliyyatlarını davam etdirir


Fələstindən alınan xəbərdə bildidilir ki, İsrail hərbiçiləri tərəfindən aparılan əməliyyat zamanı Qəzza Zolağında 12 yaşlı oğlan da daxil edilməklə, azı 12 nəfər qətlə yetitilib, 40 nəfər isə yaralanıb. Xəbərdə İsrail hərbiçilərinin Qəzza və Xan Yunis şəhərlərinə hücum etdikləri və ölənlər arasında Həmas və İslami Cihadın iki yaraqlısının olduğu da bildidilir.

İsrail hərbi qüvvələrinin rəsmiləri bu gün səhər Qəzzaya edilən hücum barədə məlumatı təsdiq etmiş və iki İsrail əsgərinin yaralandığını bildirmişlər. Qeyd edək ki, Həmas nəzarəti əlinə aldıqdan sonra İsrailin hərbi qüvvələri Qəzzada artıq bir neçə reyd keçirmişdir.

İsrailin kabinet naziri Tzahi Haneqbi deyib ki, Qəzzada nəzarəti əlinə alan Həmas İsrail ordusunun lazımi tədbirlər görməsinin qarşısını ala bilməyəcək.

XS
SM
MD
LG