Accessibility links

İranda etiraz aksiyaları keçirilib


İran hökumətinin benzinin norma ilə verilməsi qərarından qəzəblənən iranlılar polislə toqquşub və yanacaq doldurma stansiyalarında yanğınlar törədiblər. Yangınsöndürmə idarəsinin nümayəndəsi Bəhruz Təşəkkür deyib ki, paytaxt Tehranda 12 yanacaq doldurma stansiyasında yanğın törədilib.

Dünən yanacaq doldurma stansiyalarında benzinin normalaşdırılmasının gecəyarı qüvvəyə minməsindən əvvəl böyük növbələr yaranıb. Polis ölkənin neft sərvətlərinin bərabər bölüşdürülməsi platformasından seçilmiş prezident Mahmud Əhmədinejad əleyhinə qəzəbli şüarlarla çıxış edən kütlələri dağıdıb. Benzinə norma qoyulması xaricdən yanacaq idxalını azaltmaq məqsədi daşıyır.

XS
SM
MD
LG