Accessibility links

Demokrat çoxluq qoşunların İraqdan çıxarılmasını istəyir


Demokrat çoxluq Konqresin gələn ay tənəffüsdən qayıtmasından sonra ABŞ qüvvələrinin İraqdan çıxarılması ilə bağlı yeni qanunverici təşəbbüslə çıxış edəcəyini deyir.

Qanunvericilər İyulun 4-ü Amerikanın müstəqillik günü ilə bağlı tətilə çıxmazdan əvvəl Senat və Nümayəndələr Palatasındakı Demokrat liderlər müxbirlərlə görüşüblər.

Bu fasilə 110-cu Konqresin işə başlamasından 6 ay sonra baş verir ki, bu müddətdə Demokratlar öz gündəliklərini həyata keçirməyə çalışıblar.

Onların İraqı əsas diqqət mərkəzinə çevriməsinə baxmayaraq prezident Buşun möhkəm müqaviməti ABŞ qoşunlarının İraqdan çıxarılması məqsədilə konkret cədvəl müəyyənləşdirməyə imkan verməyib.

Nümayəndələr Palatasının spikeri Nənsi Pelosinin sözlərinə görə İyulun 4-dən sonra qanunvericilər qayıtdıqda qarşıdurma davam edəcək.

Pelosi ümid edir ki, o vaxtadək Prezident Buş Amerika ictimaiyyətinin İraqı tərk etmək haqda tələblərini eşitmiş olacaq. Demokratlar İraqdan diplomatik heyəti qorumaq üçün lazım olan kontingenti çıxmaq şərtilə bütün əsgər heyətinin vətənə dönməsini istəyirlər.

İraq müharibəsinin Amerikalıların özünə inamına zərbə endirdiyini önə çəkən Senat çoxluq lideri Hərri Reyd deyir ki, Senat da eyni təşəbbüslə çıxış edəcək.

XS
SM
MD
LG