Accessibility links

Benzin qıtlığı İranda azərbaycanlıların iqtisadi problemlərini daha gərginləşdirib


İranda benzinin norma ilə satışının tətbiqi bu ölkənin Azərbaycan şəhərlərində iqtisadi gərginliyi daha da artırıb.

Çikaqodan yayımlanaraq İranda azərbaycanlıların məsələlərini işıqlandıran Güney Azərbaycan telekanalının da son günlərdə əsas mövzusu məhz iqtisadi problemlərdir. Telekanalın rəhbəri Əhməd Obalının sözlərinə görə, onsuz da ağır iqtisadi durumda yaşayan əhalinin vəziyyətinə benzinin norma ilə verilməsi daha pis təsir göstərir.

İranın Kərəc şəhərində yaşayan hüquq müdafiəçisi Səid Nəimi deyir ki, ağır iqtisadi durum azərbaycanlıları öz şəhərlərini tərk edərək, İranın mərkəzi bölgələrinə köç etməyə məcbur edib.

Əhməd Obalının sözlərinə görə, məqsədyönlü köç siyasəti azərbaycanlıların assimilyasiyasına xidmət edir. Jurnalist İqtisadi ayrıseçkiliyi elə rəsmi İran qəzetlərində dərc olunan statistika ilə nümayiş etdirir.

İran Azərbaycanındakı fəallardan aldığımız son məlumatlara görə, Güney Azərbaycan şəhərlərində iqtisadi ayrıseçkilik və mədəni-siyasi problemlərə etiraz mitinqinin keçirilməsi ilə bağlı çağırış vərəqələri paylanır.

XS
SM
MD
LG