Accessibility links

Britaniya polisi partlayıcı ilə dolu iki maşın arasında əlaqə olduğunu düşünür


Britaniya polisi cümə günü Londonda aşkar edilən partlayıcı maddələrlə dolu iki maşının bir biri ilə əlaqəli olduğunu deyir. Terror mütəxəssisləri isə partlayıcı maşinların Əl Qaidə tərəfindən yerləşdirildiyi ehtimalını irəli sürürlər.

Yanacaq və qəlpələrlə dolu ilk maşın izdihamlı gecə klubunun yanında tapılıb. Hayd Park yaxınlığında aşkar edilən digər maşında da yanacaq kanistrləri və mismarlar olub. London polisinin terror əleyhinə mübarizə idarəsinin rəhbəri Peter Klarkın sözlərinə görə, hər iki insident bir birinə əlaqəlidir.

Təhlilçilər bildirir ki, maşınlarda olan partlayıcıların quruluşu Əl Qaidə şəbəkəsinin digər ölkələrdə hücumları zamanı istifadə olunan qurğulara bənzəyir.

Rəsmilər deyir ki, maşın bombalar 2004-cü ildə Londonun ən böyük gecə klubunun partladılması məqsədilə edilən qəsd zamanı istifadə edilən qurğulara bənzəyir. Həmin qəsdin qarşısı alınmışdı.

XS
SM
MD
LG