Accessibility links

Kiprdə itkin düşən Amerika diplomatının axtarışı davam etdirilir


ABŞ-ın Kiprdəki səfirliyi 3 gündür itkin düşən Amerika diplomatı barədə məlumat verilməsi ilə bağlı ictimaiyyətə müraciət edib. Polis hərbi attaşe Tomas Muninin son dəfə ötən cümə axşamı günü səfirliyi təkr edərkən görüldüyünü bildirir. Səfirlik 45 yaşlı Muninin foto-şəklini dərc edərək, onun yerini bilən hər bir kəsi pOlisə müraciət etməyə çağırıb. Polis hərbi attaşenin mobil telefonunun söndürüldüyünü bildirir. Fransanın xəbər agentliyinin məlumatına görə, Kiprin hava və dəniz limanları, habelə adanın Yaşıl zonasında axtarış aparılır.
XS
SM
MD
LG